"Atletiko" (Madrid) klubunun futbolçusu Arda Turan Türkiyə Superliqasının son turunda keçmiş komandası "Qalatasaray"a dəstək olub. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi ölkə çempionatında "Cim-Bom"un "Trabzonspor"la oynadığı matçı stadiondan canlı izləyib.
Görüşü Türkiyə Futbol Federasiyasının (TFF) keçmiş prezidenti Haluk Ulusoyla izləyən Turan İstanbul klubuna dəstək olmaq üçün stadiona gəldiyini deyib. O, jurnalistlərə açıqlamasında “sarı-qırmızılar”ın Çempionlar Liqasının 1/8 finalında “Çelsi"ni keçəcəyinə inandığını bildirib.
2006-11-ci illərdə “Qalatasaray”da forma geyə Arda hazırda Madrid “Atletiko”sunda top qovur.





