"Neftçi"nin müdafiəçisi İqor Mitreski paytaxt klubundan ayrılacaq. Futbolinfo.az xəbər verir ki, bu barədə Makedoniya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, o, yanvarda "ağ-qaralar"ın düşərgəsinə qayıtmayacaq.
"Macedonian Football" nəşrinin iddiasına görə, "Xəzər Lənkəran"da çıxış edən digər makedoniyalı futbolçu – Nikola Qliqorov da yanvarda vətəninə qayıtmalı olacaq.
Hər iki futbolçunun komandalarından ayrılmasına səbəb kimi, onların meydana nadir hallarda çıxması səbəb göstərilir.





