Birinci divizionda ilk dövrənin son turunda "Energetik"lə ev qarşılaşmasında heç-heçə "Kəpəz" üçün arzuolunmaz nəticə olub. Futbolinfo.az xəbər verir ki, qələbə qazanmaqla turnir cədvəlində 2-3 pilllə irəliləmək istəyən gəncəlilərin planı həyata kecməyincə, komandanın baş məşqçisi Azər Məmmədov istefa verib.
Məyusluğunu gizlədə bilməyən gənc mütəxəssis çıxış yolunu klubdan getməkdə görüb. Amma "Kəpəz" rəhbərliyi komandadaxili iclasdan sonra baş məşqçinin uğursuz nəticələrdə günahsız olduğu qənaətinə gələrək, Məmmədovun getmək istəyinə mənfi yanaşıb. Və onun istefası qəbul olunmayıb. Məşqçiyə işində qalıb, heyətdə "təmizləmə" aparmaq məsləhət görülüb.





