Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 18-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
“Xəzər Lənkəran” – “Sumqayıt” matçında “Xəzər Lənkəran”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
 
“Qəbələ” – “Bakı” matçının 90+1-ci dəqiqəsində “Bakı”nın baş məşqçisi İbrahim Uzunca texniki-zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub.
 
“Rəvan” – “Simurq” matçının 78-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Kamil Nurəhmədov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
Shares: