"Real" (Madrid) klubunun yarımmüdafiəçisi Xabi Alonso yenidən İngiltərə Premyer Liqasına qayıda bilər. Futbolinfo.az xəbər verir ki, ispan futbolçu ilə "Mançester Siti" və "Mançester Yunayted" klubları yaxından maraqlanır.
 
Mançester təmsilçiləri ilə yanaşı, İtaliyanın "Yuventus" klubu da Alonsonu transfer etmək istəyir. Lakin müqaviləsi gələn ilin yayında başa çatacaq futbolçunun Madrid klubu ilə yeni sözləşmə imzalayacağı da istisna olunmur.
 
Yeri gəlmişkən, “Real"ın müdafiəçisi Fabio Koentrao da İngiltərədən təklif alıb. İngiltərənin "Tottenhem" klubu portuqaliyalı futbolçunun xidmətində maraqlıdı. "Real"ın əsas heyətindən kənarda qalan Koentraonun da bu təklifi müsbət qarşıladığı bildirilir.
 
Tərəflər razılığa gələcəkləri təqdirdə 25 yaşlı futbolçu yanvar ayından "Tottenhem"in şərəfini qoruyacaq.
Shares: