AZAL-ın şərəfini qoruyan Ruslan Tağızadə qış fasiləsindən sonra "Qəbələ"nin uğurları üçün tər tökəcək. Futbolinfo.az xəbər verir ki, bu barədə saytımıza gənc yarımmüdafiəçinin özü məlumat verib.

Tağızadə artıq Qəbələ təmsilçisi ilə 2 illik müqavilə imzalayıb: “Qəbələ” ilə 2 illik müqavilə imzaladım. Təbii ki, sevinirəm. Çünki iddialı bir komandada oynayacağam. Bir çox variantlar olsa da, bu komandanı seçdim. Mən “Sumqayıt”dan AZAL-a gələrkən özümə söz vermişdim ki, elə oynamalıyam ki, digər komandaların diqqətini üzərimə çəkməliyəm və bunu bacardım. Yuri Syominlə danışığım olmayıb. Amma o xəbər göndərmişdi ki, mənim oyunumu çoxdan izləyib. Sadəcə transfer pəncərəsini gözləyirmiş. Artıq Syomin kimi məşqçi ilə çalışacağam. Arzum onlarla birlikdə Avropada oynamaq və uğurlu çıxış etməkdi”.

Shares: