Stadium.az saytının təşkilatçılığı ilə keçirilən “Jurnalistlərin həmrəylik kuboku”na yekun vurulub. Futbolinfo.az xəbər verir ki, Peşəkar Futbol Liqasının dəstəyi ilə təşkil olunmuş yarışın finalında “İdman Azərbaycan” və “Futbol+” komandaları qarşılaşıb.
Rəqibini 4-2 hesabı ilə məğlub edən televiziya işçiləri “Jurnalistlərin həmrəylik kuboku”nun qalibi olub. Yarış iştirakçılarına PFL-mükafatları, qalib komandaya isə kubok təqdim edilib.





