“Atletiko” 2016/2017 mövsümündən sonra ilk, PSJ isə ardıcıl üçüncü dəfə UEFA Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb.
İspaniya təmsilçisi 9 il əvvəl turnirin 1/4 finalında “Lester”i (İngiltərə) mübarizədən kənarlaşdırıb. Parislilər isə ötən mövsümdə “Aston Villa”nı, ondan əvvəl “Barselona”nı bu raundda məğlub edib.
Xatırladaq ki, Fransa çempionu ötən gün “Liverpul”u (İngiltərə), “Atletiko” isə “Barselona”nı mübarizədən kənarlaşdırıb.






