Corcinyo Veynaldum klubunu dəyişəcək. Təcrübəli yarımmüdafiəçi elə bu yay “Əl-İttifaq”ı tərk edəcək.
Futbolinfo.az xəbər verir ki, 35 yaşlı niderlandlı Səudiyyə Ərəbistanında qalmağı düşünür. Amma o, Asiya ölkəsində başqa klubun formasını geymək niyyətindədir.
3 il öncə PSJ-dən 8 milyon avroya transfer olunan oyunçunun növbəti mövsüm üçün də müqaviləsi var. Lakin tərəflər anlaşmanı qarşılıqlı razılıq əsasında pozmağa yaxındır.






