Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün final və üçüncü yer uğrunda qarşılaşmalar keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, günün ilk matçı bürünc medallar uğrunda baş tutacaq.
Saat 13:00-da “Milli Aviasiya Akademiyası” “Gəncə” kollektivini sınağa çəkəcək.
Mövsümün həlledici oyununda isə “Turan” və “DH Volley” komandaları üz-üzə gələcəklər. Bu matç saat 16:00-da baş tutacaq.
Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.






