“Sabah”ın cari mövsüm uğurlu çıxışı Kipr mətbuatının da diqqətini çəkib.
Futbolinfo.az xəbər verir ki, kiprlilər vaxtilə orada çalışmış baş məşqçi Valdas Dabrauskasın Bakı klubundakı fəaliyyətini yüksək qiymətləndirib.
Bildirilib ki, Dambrauskas növbəti mövsüm Çempionlar Liqası matçı üçün hətta Kiprə yollana bilər. Hazırda Kipr çempionatında 30 turdan sonra turnir cədvəlinə məhz Dambrauskasun sabiq klubu “Omoniya” liderlik edir. Bu da o deməkdir ki, litvalı mütəxəssisin çalışdırdığı “Sabah” növbəti mövsüm ÇL-in təsnifat mərhələsində “Omoniya” ilə qarşılaşa bilər.
“Dambrauskas 2024-cü ildə “Omoniya”nı çalışdırıb. Çox güman ki, növbəti mövsüm həm bu komanda, həm də “Sabah” Çempionlar Liqasında yarışacaq. Onların üz-üzə gəlməyi kiprlilər üçün maraqlı olar. Çünki Dambrauskas yenidən bura dönəcək. Amma indiki məqamda “Omoniya”nın məşqçi korpusu “Sabah”a rəqib olmaq istəməz. Çünki Azərbaycan təmsilçisi “Qarabağ” kimi rəqibi üstələyirsə, deməli, çox güclüdür”, – deyə məlumatda yazılıb.
Qeyd edək ki, Misli Premyer Liqasında 28 turda 69 xal toplayan “Sabah” ən yaxın izləyicisi “Qarabağ”ı 13 xal qabaqlayır.






