“Roma”nın idarə heyətinin müşaviri Klaudio Ranyeri vəzifəsindən ayrılıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Roma” Klaudio Ranieri ilə münasibətlərinin bitdiyini təsdiqləyir. Klub Klaudioya “Roma”nın inkişafına verdiyi əhəmiyyətli töhfəyə görə təşəkkür etmək istəyir. O, komandaya çox çətin bir dövrdə rəhbərlik etdi və biz onun səylərinə həmişə minnətdar olacağıq. Gələcəyə baxanda aydın bir istiqamət görürük. “Roma” həmişə bir nömrə olacaq. Biz Canpiero Qasperininin rəhbərliyi altında gələcək yolumuza tam əminik və ortaq məqsədimiz böyümək, təkmilləşmək və tariximizə layiq nəticələr əldə etməkdir”, – deyə bəyanatda bildirilir.

Qeyd edək ki, ayrılığın əsas səbəbi baş məşqçi Can Pyero Qasperini ilə yaranan fikir ayrılığıdır. Tərəflər transfer siyasəti ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər. Qeyri-sabit nəticələr də tərəflər arasında gərginliyi artırıb.

Hazırda A Seriyasında 33 turdan sonra “Roma” 58 xalla 6-cı pillədə qərarlaşıb.

Ranyeri 2024-cü ilin noyabrında “Roma”nın baş məşqçisi təyin olunmuş və mövsümün sonuna qədər komandaya rəhbərlik etmişdi. Ötən ilin yayında isə o, müşavir kimi fəaliyyətə başlamışdı.

Shares: