“Motorsport” nəşrinin məlumatına görə, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Qran-Prisinin Formula 1 təqviminə qayıtmasını qeyd etmək üçün bu gün keçiriləcək təqdimat tədbirində iştirak edəcək.
Tədbirin Bakı vaxtı ilə saat 16:00-da başlayacağı və İstanbuldakı Dolmabahçe Sarayındakı prezident ofisində keçiriləcəyi bildirilir. Yarışın qaytarılması prosesinin təfərrüatlarının təqdimat zamanı açıqlanması, eləcə də yarışın gələcəyi ilə bağlı rəsmi açıqlamanın verilməsi gözlənilir.
Türkiyə Qran-Prisi ilk dəfə Formula 1 təqviminə 2005-ci ildə qoşulub. Tədbir 2011-ci ilə qədər müntəzəm olaraq keçirilib, daha sonra çempionatdan çıxarılıb.






