“Prezident Kuboku” beynəlxalq reqatasında iştirak edən ölkələr hər il yarışla bağlı öz razılıqlarını bildirirlər.

Futbolinfo.az xəbər verir ki, bunu Azərbaycan Su İdman Növləri Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev mətbuat konfransında bildirib.

O, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatasının Ağdərədə start götürməsinin sevindirici hal olduğunu vurğulayıb:

“Neçə ildir ənənəvi olaraq bu yarış keçirilir. Hər il yeniliklərə şahid olursunuz və iştirakçı ölkələrin sayı artır. Hər dəfə ölkəmizə gələn qonaqlar yarışla bağlı öz razılıqlarını bildirirlər. Daha bir sevindirici məqam ondan ibarətdir ki, hər il yarışların keçirilmə yeri dəyişir. Xüsusilə turnirin işğaldan azad olunan bölgələrdə keçirilməsi bir başqa sevindirici məqamdır”.

Qeyd edək ki, “Prezident Kuboku 2026” beynəlxalq reqatasında Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Reqataya mayın 1-də yekun vurulacaq.

Shares: