Madriddə “Masters” seriyalı turnirlər davam edir.

Qadınların mübarizəsində gözlənilməz nəticə qeydə alınıb. Dünya reytinqinin lideri Arina Sabalenka ABŞ-li Heyli Bapptistə məğlub olub – 6:2, 2:6, 6:7. Maraqlıdır ki, belaruslu tennisçi həlldeici setdə 6 dəfə matçboldan istifadə edə bilməyib.

Digər oyunda Mirra Andreyeva Leyla Fernandesə iki setdə qalib gəlib.

Qeyd edək ki, Sabalenka turnirin keçənilki qalibidir.

Kişilərin turnirində Sinner, Fis, Xodar və Kobolli növbəti mərhələyə adlayıblar. Muzetti, Tsitsipas, Medvedev məğlubiyyətlə üzləşiblər. Aleksandr Zverev Yakub Menşikə qalib gələrək karyerasında 39-cü dəfə “Masters” turnirinin ¼ finalına adlayıb.

Shares: