Formula 1-də 2027-ci il mövsümünün təqviminin ilkin versiyası məlum olub. Çempionat Bəhreyn Qran-Prisi ilə başlayacaq.
Qeyd edək ki, bu il mövsüm Avstraliya başlamışdı. Buna da səbəb Ramazan ayı idi.
“Planet F1”in məlumatına görə, növbəti mövsümün 14 martda Bəhreyn, bir həftə sonra isə Səudiyyə Ərəbistanı Qran-Prisi ilə start verməsi gözlənilir.
Avstraliya Qran-Prisi gələn il üçüncü olacaq və aprelin 4-də baş tutacaq.
Azərbaycan mərhələsinin gələn il də sentyabrda keçirilməsi planlaşdırılır. Bakıdakı yarış 26-da təşkil ediləcək. Bakıdan bir həftə əvvəl isə komandalar Türkiyədə yarışacaq.
2027-ci il çempionatının ilkin təqvimi belədir:
Bəhreyn – 14 mart
Səudiyyə Ərəbistanı – 21 mart
Avstraliya – 4 aprel
Çin – 11 aprel
Yaponiya – 25 aprel
Mayami – 9 may
Kanada – 23 may
Monako – 6 iyun
Portuqaliya – 13 iyun
Avstriya – 27 iyun
Britaniya – 4 iyul
Belçika – 18 iyul
Macarıstan – 25 iyul
İspaniya – 29 avqust
İtaliya – 5 sentyabr
Türkiyə – 19 sentyabr
Azərbaycan – 26 sentyabr
Sinqapur – 10 oktyabr
ABŞ – 24 oktyabr
Meksika – 31 oktyabr
Braziliya – 7 noyabr
Las Veqas – 20 noyabr
Qətər – 28 noyabr
Əbu Dabi – 5 dekabr





