"Simurq"un sabiq yarımmüdafiəçisi Mario Bojiçin yenidən Azərbaycana qayıdacağını xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, Yunanıstan mətbuatı son olaraq bu ölkənin “Panaxaiki” klubunda top qovan bu futbolçunun hansı komandamıza keçəcəyini yazmamışdı.
 
Artıq bu klubun adına aydınlıq gəlib. Əldə etdiyimiz məlumata görə, Bojiçi ölkəmizə AZAL qaytarır. “Təyyarəçilər” vaxtilə “Simurq”da oynamış serbiyalı yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədi. Artıq AZAL-ın ona rəsmi təklif göndərdiyi də bildirilir.
 
Qeyd edək ki, Mario Bojiç 2012/13 mövsümünü Zaqatalanın “Simurq” klubunda keçirib və 25 oyunda meydana çıxıb.
Shares: