Yürgen Klopp “Real”ın yeni baş məşqçisi olmayacaq. Madridlilər onu yayda istefaya göndəriləcək Alvaro Arbeloaya xələf olacaq namizədlərn siyahısından çıxarıb.
Futbolinfo.az xəbər verir ki, “Liverpul”dan ayrıldıqdan sonra heç bir komandada işləməyən alman mütəxəssis yalnız İspaniya nəhəngindən və Almaniya millisindən dəvət alacağı təqdirdə geri qayıdacağını bildirmişdi. “Real” ilk vaxtlar onun təyinatına isti yanaşsa da, sonradan fikirlər dəyişib.
İndi Klopp Bendestimin baş məşqçisi Yulian Naqelsmannın istefa verəcəyi günü gözləyəcək.






