Rusiyanın "Zenit" klubunun qolçusu Halk bu il "Qızıl Top"a layiq gördüyü oyunçunun adını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, braziliyalı futbolçu "Real"ın (Madrid) ulduzu Kriştianu Ronaldonun 2013-cü ilin ən yaxşısı adını qazanmağa ən real namizəd olduğunu bildirib:
 
"Riberi ötən mövsüm "Bavariya"nın heyətində mümkün olan bütün titulları qazandı. Onun üçün 2013-cü il uğurlu alındı. Ancaq bu, Ronaldonun ən yaxşı olmasına mane ola bilmədi. Ronaldo cari ili yüksək səviyyədə keçirdi və "Qızıl top"a ən real namizəddi".
 
Qeyd edək ki, "Qızıl Top"un qalibinin adına yanvar ayının 13-də aydınlıq gələcək.
Shares: