Məhəmməd Salah “Arsenal”ın çempion olacağına inanır. Yayda “Liverpul”dan ayrılmağa qərar verən misirli İngiltərə Premyer Liqasını dəyərləndirərkən belə deyib.
Futbolinfo.az xəbər verr ki, cinh hücumçusu londonluların “Mançester Siti”dən öndə olmasını niyə gözlədiyini də əsaslandırıb: “Onlar 4-5ildir eyni heyətlə oynayan yeganə komandadır. Futbolçular arasında əla bağlantı var. Londonlular yüksək səviyyəli oyunçulara sahibdirlər. Amma rəqibləri də güclüdür. Mövsümün sonu maraqlı keçəcək”.
Xatırladaq ki, ötən mövsümün qalibi “Liverpul” olmuşdu. Hazırda mersisaydlılar Çempionlar Liqasından kənar qalmaq təhlükəsi ilə üz-üzədir.






