"Neftçi"nin müdafiəçisi Slavik Alxasovun “Xəzər Lənkəran”a transferi gündəmdə olsa da, hələ də futbolçuya təklif rəsmi təklif gəlməyib. Bu transferlə bağlı vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün hər iki klubun mövqeyini öyrəndik.
 
"Neftçi"nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bunları söylədi: “Yox, hələ bizə rəsmi təklif gəlməyib. Şifahi danışıqlar olub. Rəsmi təklif gələrsə, bunu dəyərləndirəcəyik”.
 
"Xəzər Lənkəran"ın mətbuat katibi Hüseyn Cəbrayıloğlu isə məsələyə belə münasibət bildirdi: “Bu yöndə şifahi danışıqlar olub. Amma hələ rəsmi təklif göndərməmişik. “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov mətbuata açıqlamasında deyib ki, Bertuççi komandanı tərk edərsə, o zaman onun mövqeyində Slavik Alxasov oynayacaq. Ona görə də biz onların məsələsinin həllini gözləyirik. Yəqin ki, Bertuççi getsə, onun yerində Slavik olacaq. Yox, getməsə, o zaman rəsmi təklif göndərəcəyik”.
Shares: