İtaliyanın Roma şəhərində keçirilən “Masters” turnirinin ¼ final cütlükləri müəyyənləşib.
Yarımfinala vəsiqə üçün keçiriləcək oyunlar bunlardır:
Andrey Rublyov (Rusiya, 12) – Yannik Sinner (İtaliya, 1);
Kasper Ruud (Norveç, 23) – Karen Xaçanov (Rusiya, 13) ;
Daniil Medvedev (Rusiya, 7) – Martin Landalus (İspaniya);
Rafael Jodar (İspaniya, 32) – Lusiano Darderi (İtaliya, 18).
Qeyd edək ki, torpaq kortlarda keçirilən Roma turnirinin mükafat fondu 8 235 540 avrodur. Keçən il yarışda ispaniyalı Karlos Alkaras qalib gəlmişdi. O bu il bilək zədəsi səbəbindən turnirdə iştirak edə bilməyib.






