Futbol üzrə Türkiyə Kubokunda qrup mərhələsinin püşkü atılıb. Futbolinfo.az xəbər verir ki, "Qalatasaray" B qrupunda yer alıb.
İstanbul klubu iki Super Liqa təmsilçisi ilə mübarizə aparacaq.
Qrupların tərkibi aşağıdakı kimidi:
A qrupu: "Bursaspor", "Əskişəhərspor", "Sivasspor", "Akhisar BS".
B qrupu: "Qalatasaray", "Elazığspor", "Tokatspor", "Antalyaspor".
Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar yarımfinala yüksələcək. Yarımfinalda isə klublar iki dəfə qarşılaşacaqlar. Qruplarda ilk oyunlar yanvarın 14-15-də baş tutacaq.





