“Böyük Dəbilqə” seriyalı turnirlərin 22 qat çempionu Rafael Nadal “Real”dakı prezident seçkiləri ilə bağlı şayiələrə münasibət bildirib. Madridlilərin sadq azarkeşi olan keçmiş tennisçi bu vəzifəyə namizədliyini təsdiqləməyib.
İlin əvvəlində klub prezidenti Florentino Peres növbədənkənar seçkilər elan etmişdi və mediada Nadalın namizəd ola biləcəyi ilə bağlı məlumatlar yayılmışdı.
“Məni “Real” prezidentliyinə mümkün namizədliklə əlaqələndirən məlumatları oxudum. Bu xəbərlərin doğru olmadığını bildirmək istərdim”, – deyə Nadal sosial media hesabında yazıb.






