Ötən həftə “İnter” bolqar futbolçusu Daniel Genovla rəsmən vidalaşdı. Futbolinfo.az xəbər verir ki, legioner futbolçuyla müqavilə qarşılıqlı razılıq əsasında pozuldu.
 
Daniel Genov artıq Bolqarıstandadı. O, klubun rəsmi saytı vasitəsilə “İnter”lə vidalaşmaq istədiyini bildirib:
 
“Mən “İnter”də ömrüm boyu xatırlayacağım bir neçə il keçirdim. Azərbaycanda hər şey xoşuma gəlirdi. Klub haqqında da eyni sözləri deyə bilərəm. Burada mən çox şeyi öyrəndim. “İnter”də unudulmayan illər keçirdim. Bu klub mənə çox şey verdi və onunla ayrılmaq elə də asan olmadı. Hazırda karyeramı davam etdirmək üçün bir neçə variantım var. Hansı klubda çıxış edəcəyim barədə hələlik qərar qəbul etməmişəm, ancaq tezliklə hər şey müəyyənləşəcək”.
 
“İnter”in rəhbərliyi komandada keçirdiyi illərə görə Daniel Genova minnətdarlığını bildirib və ona futbol karyerasında uğurlar arzulayıb.
Shares: