İtaliyanın "Milan" klubunun sabiq hücumçusu Andrey Şevçenko keçmiş komandası haqda xoş sözlər deyib. Futbolinfo.az xəbər verir ki, ukraynalı keçmiş futbolçu bu kluba bir gün baş məşqçi kimi dönəcəyini də deyib:
"Milan" hər zaman mənim qəlbimdə qalacaq. Bu komandaya və onun azarkeşlərinə minnətdaram. "Milan"a baş məşqçi kimi qayıda bilərəm? Həyatın sənə nə hazırladığını deyə bilməzsən. Hər şey ola bilər".
Qeyd edək ki, Şevçenko 1999-2006 və 2008-09-cu illərdə "Milan"ın şərəfini qoruyub.
"Milan"dan söz düşmüşkən, klub tarixinin ən uğursuz dövrlərindən birini yaşayır. A seriyasında geridə qalan 17 turda cəmi 19 xal toplayan komanda hazırda 13-cü pillədədi. “Rossonyerlər” sonuncu dəfə 1986-ci ildə 20 xaldan aşağı nəticə göstərib. Sonrakı illərdə isə klubun ən zəif nəticəsi 9-cu yer olub.





