AZAL-ın ispan müdafiəçisi Xuan Fransiskonun futbolinfo.az saytına müsahibəsi
– Çempionatın ilk yarısını 7-ci pillədə başa vurduz. Nəticəni necə qiymətləndirirsiz?
– Biz daha çox xal toplaya bilərdik. Elə oyunlar oldu ki, biz qalib gəlməliydik, amma ya məğlub olduq, ya da heç-heçə etdik. Bunları nəzərə alsaq, arxada qalan turlarda səhvlərimiz olub. Çempionata başlarkən lider olduq. Amma sonra mövqeyimizi itirdik. AZAL çempionatın ikinci yarısında daha güclü olacaq.
– “Simurq”a 0:3 hesablı məğlubiyyət çox söz-söhbətə səbəb oldu…
– Düzdü, bu məğlubiyyət bizim üçün çox pis idi. Böyük hesabla uduzmaq bizə yaraşmadı. Amma bir çox futbolçularımız həmin matçda oynamırdı. Onların oynamamsı səfərdə işimizi daha da ağırlaşdırmışdı. Hər oyunda qalib gələ bilmərik. Bəzə uduzursan, bəzən udursan. Bu, futbolun qayda-qanunudu.
– Amma “Neftçi” ilə oyunda qalib gəldiniz. Halbuki, bunu heç kim gözləmirdi…
– Rəqibimiz güclü komandadı və çempionatın liderlərindəndi. Amma bu qələbə gözlənilməz deyildi. Biz oyuna çox yaxşı hazırlaşmışdıq və inanırdıq ki, 3 xal bizim olacaq.
– Əgər “Neftçi” meydanda 9 nəfərlə oynamasaydı, yenə qalib gələ biləcəkdiz?
– Bəlkə 9 nəfərlə qalmasaydılar, qalib gələ bilməzdik. Əksi də mümkündü: bəlkə də 11 nəfərlə daha yaxşı qələbə qazanardıq. İndi bunu müzakirə etməyə gərək yoxdu. Bizə 3 xal lazım idi və ona da nail olduq.
– Rəqib komanda hakimlikdən narazıdır…
– Bu normaldı. Amma mən bu barədə danışmaq fikrində deyiləm.
– Çempionatın ikinci hissəsindən nə gözləyirsiz? Mükafatçılar sırasına düşməyi bacaracaqsız?
– Biz çempionata başlayanda buna inanıb oynamışıq. Premyer Liqanın ikinci yaısında nə olacaq görəcəyik. AZAL mübarizə aparacaq ki, mövsümü uğurlu başa vursun. Çox çətin olsa da, bu mümkündü.
– Çempionata başlayanda sizi daha çox meydanda görsək də, indi az oynayırsız…
– Həmin vaxtlar bir az zədəm oldu. Yüngül olsa da, çox oynaya bilmirdim. İndi isə tam hazıram.
ELSEVƏR





