“Qəbələ” Tacikisitan milli komandasının futbolçusunu transfer edə bilər. Futbolinfo.az xəbər verir ki, bu ölkənin “Varziş-Sport” agentliyinin yaydığı məlumata görə, tacik futbolçu Davron Erqaşev Azərbaycandan təklif alıb.
Bunu futbolçunun agenti Aleksandr Frank deyib: “Erqaşev bu il Qazaxıstan çempionatında uğurla çıxış edib. O, “Jetısu”nun əsas heyətində yaxşı oyunu ilə yadda qalıb. Bir neçə dəfə çempionatda seçilib. Hazırda “Qəbələ” ilə futbolçu arasında danışıqlar gedir. Erqaşevlə bir neçə klub maraqlanır. “Jetısu” onu heyətində saxlamaq istəyir. Eyni zamanda “İrtış” da futbolçunun heyətində görmək fikrindədi”.
Erqaşev ötən mövsüm “İrtış”da baxışda olsa da, orada qalmaq istəməyib və qərarını “Jetısu”nun xeyrinə verib.
Qeyd edək ki, Erqaşev 2010-cu ildə “Reqar-Tadaz”da, 2011/12 mövsümündə “İstiqlal”da oynayıb. 2012-ci ildən isə o, “Jetısu”nun şərəfini qoruyur.





