Monako Qran-prisi ərəfəsində keçirilən ənənəvi xeyriyyə futbol matçında Formula 1 pilotlarından ibarət komanda futbol əfsanələri ilə üz-üzə gəlib.

“Racing Stars” Kuboku çərçivəsində təşkil olunan qarşılaşmada “Alpin”in pilotu Pyer Qasli, “Reysinq Bulls”un sürücüləri İsak Hacar, “Mersedes”in gənc pilotu Andrea Kimi Antonelli və “Uilyams”ın üzvü Karlos Sayns meydana çıxıb. Pilotların rəqibləri sırasında isə məşhur futbolçular Ronaldinyo, Leonardo Bonuççi və Klarens Zeedorf  yer alıblar.

Görüş futbol əfsanələrinin üstünlüyü şəraitində keçib. Nəticədə Formula 1 pilotlarından ibarət komanda 2:6 hesabı ilə məğlub olub.

0eb98ae6 4327 4d88 9813 0fdf67f5a044 - Futbolinfo.az
Shares: