Kənan Kərimov məşqçiliyə qayıdır. “Karvan-Yevlax”ın Premyer Liqaya yüksəlməsindən sonra idarəçi posta keçən sabiq hücumçu yenidən meydana enir.
Əslində, Kərimov rəhbər olarkən də komandanın hazırlığına müdaxilə, heyət seçimində iştirak edirdi. Azər Həşimov formal baş məşqçi idi, əsas işi Kənan bəy görürdü. Sadəcə, onun müvafiq lisenziyası olmadığından ehtiyat oyunçular skamyasında əyləşə bilmirdi.
Füzuli Məmmədovun gəlişindən sonra komandaya müdaxiləsi məhdudlaşan Kərimov bölgə təmsllçisi I Liqaya düşdükdən sonra yendən əsas söz sahibi olmağa qərar verib. Məmmədov məhz bu üzdən istefaya göndərilib.






