ABŞ, Meksika və Kanadanın ev sahibliyi etdiyi dünya çempionatında daha bir oyun baş tutub.
A qrupunda Cənubi Koreya millisi Çexiya ilə qarşılaşıb. Görüş asiyalıların qələbəsiylə başa çatıb.
DÇ-2026
Qrup mərhələsi
A qrupu
Cənubi Koreya – Çexiya 2:1
Qollar: İnbom, 67. Oh, 80 – Kreyçi,59.
Xal: Meksika – 3, Cənubi Koreya – 3, Çexiya – 0, CAR – 0.
Bu matçda Çexiya millisi 20 ildən sonra dünya çempionatında qol vurub. Miroslav Koubekin baş məşqçisi olduğu kollektiv qrup mərhələsinin I turunda, Cənubi Koreya ilə matçda buna nail olub. Qarşılaşmanın 59-cu dəqiqəsində müdafiəçi Ladislav Kreyçi baş zərbəsi ilə hesabı açıb. Bu, Çexiyanın 20 ildən sonra mundiallarda ilk qoludur.
Çexiya yığması son olaraq 2006-cı ildə baş tutan turnirdə fərqlənib. Komanda həmin vaxt ABŞ-ni üç cavabsız qolla üstələyib.
Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.






