2010-cu ildə Toni Adamsın “Qəbələ”yə gəlişi böyük-səs küyə səbəb oldu. “Arsenal”ın əfsanə futboçusu “qırmızı qaralar”ın baş məşqçisi təyin olunarkən çoxları komandanın artıq uğur qazana biləcəyini fikirləşirdi.
Lakin 2010/11 mövsümünü “Qəbələ” yalnız 7-ci yerdə başa vurdu. Həmin mövsüm heyətdə bir sıra legionerlər çıxış etsə də, komanda uğursuz mövsüm keçirdi. Adams bu uğrusuz çıxşın ardından həm də ailə problemlərini əsas gətirərək komandadan ayrıldı. Onu isə bu dəfə Fatih Kavlak əvəz etdi. Adamsın gəlişi ilə kluba böyük yatırımlar qoyulmağa başlamışdı ki, türkiyəli məşqçi bu kursu davam etdirərək “Qəbələ”ni uğura daşımalı idi. Kavlakın təslim aldığı komandada 14 legioner vardı. Amma türkiyəli bu komandanı dəyişdirməyə qərar verdi və bir neçə legioneri 2011/12 mövsümünün başlanğıcında yola saldı.
 
1. Deon Barton (Yamayka)
2. Lyuba Baranin (Serbiya)
3.  Pavel Doroşev  ( Latviya
4. Stiv Olfers (Hollandiya)
5. Abdulkader Kamara (BelçikaQvineya)
6. Milan Antiç (Serbiya)
7. Kristian Torres (Argentina)
8. Razvan Tarlea  ( Rumıniya)
9. Bruno da Silva (Braziliya)
10. Terri Kuk ( İngiltərə)
11. Sergey Sokolov ( Rusiya)
12. Alhassan Banqura (Srre-Leone)
13. Con Kollins (Hollandiya)
14. Qoqa Beraya (Gürcüstan)
 
Növbəti ildə də komandada eyni sayda legioner vardı. Lakin əcnəbilərin sayları olmasa da, adları dəyişmişdi. 7 legioner komandanı tərk edib və əvəzində eyni sayda başqa əcnəbilər cəlb olunmuşdu. Komanda bu dəfə daha bahalı transferlərlə yadda qaldı ki, Dodo, Kamanan, Mendi kimi güclü futbolçular komandaya cəlb olundu.
 
1. Dodo (Braziliya)
2. Viktor Mendi (Seneqal)
3. Lyuba Baranin (Serbiya)
4. Pavel Doroşev (Latviya)
5. Bruno da Silva (Braziliya)
6. Stiv Olfers (Hollandiya)
7. Daniel Lopes Kruz (Braziliya)
8. Deon Burton (Yamayka)
9. Yannik Kamanan (Fransa)
10. Veselko Trivunovic (Serbiya)
11. Abdulkader Kamara (Belçika, Qvineya)
12. Serge Djiehoua (Kot d İvuar)
13. Qrem Smit (Şotlandiya)
14. Sergey Sokolov (Rusiya, Azərbaycan)
 
Fatih Kavlaklı “Qəbələ”  Premyer Liqada sadəcə, ilk “atılıq”da yer almaqla yadda qaldı. Toni Adamsdan fərqli türkiyəli məşqçi “altılıq” sistemi ilə keçirilən çempionatda komandasını çempionluq uğrunda mübarizə aparacaq 6 ən güclü komanda sırasına qoşa bildi. Amma mövsümün sonunda sadəcə, 5-ci yerlə kifayətləndi. Kavlak komandanı tərk etmədi və 2012-2013 mövsümünə də “qırmızı-qaralar” onunla başladı. Eyni məşqçi ilə çempionata start verən komandadan isə 7 legioner  getmişdi və əvəzinə 5-i gətirlimişdi.
 
1.Yannik Kamanan (Fransa)
2. Dodo (Braziliya)
3. Deyan Kelhar (Sloveniya)
4. Lourival Assis (Braziliya)
5. Umar Kalabane (Qvineya)
6. Viktor Mendi (Seneqal)
7. Bruno Da Silva (Braziliya)
8. Kosta Silva Dieqo (Braziliya)
9. Daniel Lopes Kruz (Braziliya)
10. Kristian Pulhak (Rumıniya)
11. Nikola Valentiç (Serbiya)
12. Luka Zinko (Sloveniya)
13. Mustafa Dabo (Seneqal)
14. İfeanyi Emeqara (Nigeriya)
15. Muammer Erdoğdu (Türkiyə)
 
Amma ardıcıl uğursuz oyunlar onun da istefasını labüd etdi. Bundan sonra isə “Qəbələ”yə çox yaxşı tanış olan Ramiz Məmmədov “sükan arxasına” keçdi. Məmmədovun transfer etməsi üçün yalnız qış “transfer pəncərəsi” zamanı vaxtı oldu ki, o, 5 futbolçunu komandaya cəlb etdi və əvəzində Bruno da Silva və Muammer Erdoğdunu göndərdi. Lakin Ramiz bəy də mövsümü bitirməmiş istefa verdi və onu postunda əvəzedici heyətin baş məşqçisi Luis Araqon əvəzlədi.

2012/13 mövsümü başa çatdıqdan sonra isə komandaya yeni baş məşqçi – Yuri Syomin gətirlidi və 2013-2014 mövsümünə “Qəbələ” rusiyalı mütəxəssislə start verdi. Syominin gəlişindən öncə artıq komandaya futbolçular cəlb etməyə başlayan rəhbərlik bir neçə oyunçu ilə müqavilə imzaladı. “Simurq”da əla mövsüm keçirən David Pietrkeviç, “İnter”də özünü sübut etmiş İbrahima Niasse “qırmızı-qaralar”ın üzvünə çevrilmişdi. Syomin isə özü ilə yalnız 5 futbolçu gətirdi.
 
1. David Pietrkeviç (Polşa)
2. Dieqo Koşta (Braziliya)
3. Umar Kalabane (Qvineya)
4. Deyan Kelhar (Sloveniya)
5. Leonardo da Silva (Braziliya)
6. Lorenso Ebesiliyo (Hollandiya)
7. Nikola Valentiç (Serbiya)
8. Lourival Assis (Braziliya)
9. Dodo ( Braziliya)
10. İbrahima Niasse (Seneqal)
11. Daniel Subotiç (İsveçrə)
12. Abdulvahid Afolabi (Nigeriya)
13. Yannik Kamanan (Fransa)
14. Viktor Mendi (Seneqal)
 
2013-2014 mövsümünə uğurlu start verən “Qəbələ” qış fasiləsinə ikinci yerdə yollandı. Lakin 18 tur ərzində diqqət çəkən məqamlar var idi ki, Syomin bir neçə futbolçuya ümumiyyətlə, şans vermək niyyətində deyildi. Lourival Assis rusiyalı məşqçinin gözündən uzaqda qaldısa, Kalabane və Kelhar ilk turlarda forma şansı aldılar. Lakin hər iki futbolçu zədələndi və sağalıb geri döndükdən sonra “18-liy”ə belə nadir hallarda düşürlər. Yannik Kamananı da Syominin sevmədiyi futbolçular sırasına qatmaq olar. Çox güman ki, qış fasiləsində bu 4 futbolçu ilə yollar ayrılacaq.
 
ELSEVƏR

Shares: