Transfer bazarında fəallıq nümayiş etdirən “Qarabağ” daha bir legioneri heyətinə qatmağa hazırlaşır.

Futbolinfo.az Portuqaliyanın SAPO nəşrinə istinadən xəbər verir ki, Ağdam klubu yenidən bu ölkəyə üz tutub.

Budəfəki hədəf “Kaza Piya”nın mərkəz müdafiəçisi Joao Qulartdır. 26 yaşlı portuqaliyalı Avropanın bir neçə klubunun maraq dairəsində olsa da, transferdə ən iddialı komanda “Qarabağ”dır. Təsadüfi deyil ki, Azərbaycan təmsilçisinin artıq uzun müddətdir onu izlədiyi bildirilib.

Qulart son mövsüm “Kaza Piya”nın aparıcı futbolçusuna çevrilməsinə baxmayaraq, həm portuqaliyalılar, həm də Qulart özü keçidə müsbət yanaşır. Oyunçunun tezliklə “Qarabağ”la münasibətləri rəsmiləşdirməsi gözlənilir.

Qeyd edək ki, karyerası ərzində yalnız Portuqaliyada çıxış edən Joao Qulartın “Kaza Piya” ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.

Shares: