Bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, püşkatmada “Sabah”ın da növbəti rəqibi müəyyənləşib.
Azərbaycan təmsilçisi 1-ci təsnifat mərhələsində TNS-i məğlub etsə, növbəti raundda “Vardar” – “KuPS” cütünün qalibi ilə qarşılaşacaq.
Türkiyənin “Fənərbağça” klubu isə Polşanın “Qornik” kollektivinə rəqib olub.
Bu raundun ilk oyunları 17 iyulda, cavab matçları 21-22 iyulda keçiriləcək.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi
Myalbu (İsveç) – Linkoln (Cəbəllüttariq)/İnter Eskaldes (Andorra)
Tre Fiori (San Marino)/Larne (Şimali İrlandiya) – Srvena Zvezda (Serbiya)
Sabah (Azərbaycan)/TNS (Uels) – Vardar (Şimali Makedoniya)/KuPS (Finlandiya)
Klaksvik (Farer adaları)/Atert Bissen (Lüksemburq) – Kauno Jalgiris (Litva)/Drita (Kosovo)
Orhus (Danimarka) – Lex (Poznan, Polşa)
Ararat (Ermənistan)/Riqa (Latviya) – Floriana (Malta)/Şemrok Rovers (İrlandiya)
Borats (Bosniya və Herseqovina)/Levski (Bolqarıstan) – Vitebsk (Belarus)/Universitatya (Krayova, Rumıniya)
Omoniya (Kipr) – Kayrat (Qazaxıstan)/Sutyeska (Monteneqro)
Tyun (İsveçrə) – Dinamo (Zaqreb, Xorvatiya)
Vikinqur (İslandiya)/Dyor ETO (Macarıstan) – Hapoel (Beer Şeva, İsrail)
Flora (Estoniya)/İberiya (Gürcüstan) – Slovan (Bratislava, Slovakiya)
Petrokub (Moldova)/Eqnatiya (Albaniya) – Çelye (Sloveniya)
Fənərbağça (Türkiyə) – Qornik (Polşa)
Ştrum Qras (Avstriya) – Harts (Şotlandiya)






