ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi DÇ-2026-nın L qrupunda Qana və Panama milliləri üz-üzə gəlib. Torontoda keçirilən qarşılaşma Qananın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın böyük hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də, komandalar yaranan imkanlardan istifadə edə bilməyiblər. Qarşılaşmanın taleyi əlavə olunmuş vaxtda həll edilib. Kaleb Yirenki 90+5-ci dəqiqədə fərqlənərək Qanaya üç xal qazandırıb.

“Turan Tovuz”un futbolçusu Roderik Miller matçın iştirakçısı olmayıb. Panamanın mərkəz müdafiəçisi sonadək ehtiyat oyunçular skamyasında əyləşib.

Shares: