Bir neçə gün əvvəl “Sabah”dan ayrılan Jesse Sekidikanın yeni komandası müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, nigeriyalı vinger karyerasını Cənubi Koreyada davam etdirəcək. 29 yaşlı futbolçu K-Liqa təmsilçisi “Qanqvon”la rəsmi müqavilə imzalayıb.
Cənubi Koreya klubu Sekidikanın 70 nömrəli formanı geyinəcəyini açıqlayıb. “Qanqvon”un ən böyük transferi hesab edilən ön xətt oyunçusunu klub prezidenti Kim Byunq Ji şəxsən futbolçunu qarşılayıb və tibbi müayinə zamanı onu müşayiət edib.
Qeyd edək ki, Yesse Sekidika 2023-cü ilin yayından “Sabah”ın formasını geyinib.






