Futbol üzrə dünya çempionatının A qrupunun 2-ci turunda Cənubi Koreya ilə oyun Meksika millisi üçün çətin alınıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xavyer Aqirre açıqlama verib.

Mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri matçla bağlı fikirlərini bölüşüb:

“Çətin oyun oldu. Biz onları yaxşı tanıyırıq. Çox təzyiqlə üzləşdik. Komandalar bir-birinə boş mövqe buraxmadılar. Sonda elə görünürdü ki, nəticə tək bir səhvlə müəyyən ediləcək. Bu, ən yaxşı oyunumuz deyil”.

Xatırladaq ki, Meksika DÇ-2026-da pley-offa vəsiqə qazanan ilk komandadır. Mundial iyulun 19-da başa çatacaq.

Shares: