“Araz-Naxçıvan” xorvatiyalı müdafiəçi ilə anlaşıb.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı Luka Dumançiç yeni mövsümdə naxçıvanlıların formasını geyinəcək. Onunla anlaşma 1 illikdir.

Karyerası ərzində “Albalonqa”, “Leççe”, “Stabya”, “Qozanno”, “Lukkeze”, “İnter” (Zapreviç), “Rudeş”, “Solin”, “Nafta 1903”, “Jalqiris” klublarında çıxış edən mərkəz müdafiəçisi son 5 ayda İndoneziyanın “Persis” komandasının formasını geyinib. O, 2016-cı ildə Xorvatiyanın U-19 komandasında 1 oyun keçirib.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev və Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb.

bd81d171 16a1 4bc6 9c7d bcf53ea4f420 - Futbolinfo.az
Shares: