Fransa çempionatında çətin günlər keçirən "Monpelye" qış fasiləsində heyətini gücləndirərək aşağı pillələrdən çıxmaq istəyir. Futbolinfo.az xəbər verir ki, artıq komanda ilk transferini də rəsmiləşdirib. Rəhbərlik İtaliya "Milan"ının futbolçusunu transfer edib.
Söhbət Mbaye Niyanqdan gedir. Qaradərili futbolçu 6 aylıq icarəyə götürülüb. Seneqallı hücumçunun icarə müqaviləsi yanvarın 1-dən qüvvəyə minəcək. Lakin "Milan" rəhbərliyi futbolçunun yeni komandası ilə indidən məşqlərə başlamasına razılıq verib.





