“Milan”ın yeni baş məşqçisi Ruben Amorim heyətdə dəyişiklik etmək istəyir. Portuqaliyalı mütəxəssis xüsusilə müdafiə xəttinin gücləndirilməsinə çalışır.

Futbolinfo.az İtaliya mətbuatına istinadla xəbər verir ki, o, Qonsalo İnasiu və Lisandro Martnesdən ən azı birinin düşərgəyə gətirilməsini rəhbərlikdən istəyib. Sözügedən oyunçuların keçidi üçün danışıqlar gələn həftə başlamalıdır.

24 yaşlı İnasiunu almaq üçün “Sportinq”ə 40 milyon avro ödəmək lazımdır. “Milan” bu işdə Amorimin dəstəyini istəyəcək. Portuqaliyalının sabiq komandası ilə əlaqələrindən istifadə edərək 2030-cu ilədək müqaviləsi olan mərkəz müdafiəçisinin qiymətində endirimə nail olmasına ümid edilir.

Bu keçidlə yanaşı “Mançester Yunayted”dən Martinesin transferinə də cəhd ediləcək. 28 yaşlı argentinalı da təxminən eyni qiymətədir. Amma ingilislərlə bir illik müqaviləsi qalan oyunçunun keçidi daha asan başa gəlməlidir.

“Milan”ın Adrien Rabyo ilə vidalaşması da gündəmdədir. Fransız yarımmüdafiəçi klubdakı durumundan məmnun deyil və yeni komanda axtarır. Onun “Napoli”yə keçidi barədə söhbətlər var. Amma neapollular bu xəbəri təkzib edir.

Shares: