İspaniyalı əfsanəvi tennisçi Rafael Nadalın həyat və karyerasından bəhs edən “Rafa” sənədli serialı “Emmi” mükafatına namizəd göstərilib.

“Netflix” platformasında yayımlanan dörd seriyalı ekran əsəri “Ən yaxşı sənədli və ya qeyri-bədii serial” nominasiyasında mübarizə aparacaq. Mayın 29-da premyerası baş tutan serial 22 “Böyük Dəbilqə” titulunun sahibi olan Nadalın idman yolundan bəhs edir.

Bu nominasiyada “Rafa” PBS-in “American Revolution”, “Apple TV”nin “Mr. Scorsese”, “Netflix”in “Sean Combs: The Reckoning” və “HBO Max”ın “The Yogurt Shop Murders” layihələri ilə rəqabət aparacaq.

ABŞ televiziyasının ən nüfuzlu mükafatı sayılan “Emmi”nin builki təqdimetmə mərasimi sentyabrın 14-də Los-Ancelesdə keçiriləcək.

Shares: