Monakoda keçirilən Brilyant Liqası mərhələsində keniyalı atlet Emmanuel Vanyoni 1000 metr məsafəyə qaçış üzrə yeni dünya rekordu müəyyənləşdirib.
O, finiş xəttini 2 dəqiqə 11,83 saniyəyə keçərək həmyerlisi Noa Nqeniyə məxsus 2:11.96-lıq əvvəlki rekordu yeniləyib. Nqeninin nəticəsi 1999-cu il sentyabrın 5-də İtaliyanın Rieti şəhərində keçirilən yarışda qeydə alınmış və orta məsafəyə qaçış tarixinin ən uzunömürlü rekordlarından biri hesab olunurdu.
“Bu rekordu qıra biləcəyimi bilirdim. Yarış boyu özümü əla hiss edirdim və tabloda nəticəni görəndə arzumun gerçəkləşdiyini anladım” – deyə Vanyoni Brilyant Liqasının rəsmi saytına açıqlama verib.
