Azərbaycanın da ev sahibi olduğu qadın voleybolçular arasında Avropa çempionatının (CEV EuroVolley 2026) təşkili ilə bağlı Bakıda növbəti iclas keçirilib.

Bu barədə Futbolinfo.az-a Azərbaycan Voleybol Federasiyasından (AVF) məlumat verilib.

AVF-nin vitse-prezidenti Bəhruz Quliyevin rəhbərliyi ilə baş tutan iclas C qrupunun oyunlarının keçiriləcəyi Milli Gimnastika Arenasında təşkil olunub. Toplantıda akkreditasiya prosesi, komandaların və qonaqların qarşlanması, oyunların yayımı, təhlükəsizliklə bağlı görülən işlər müzakirə olunub, həmçinin qarşıdakı dövr üçün nəzərdə tutulan təşkilati məsələlərlə bağlı tapşırıqlar verilib.

Qeyd edək ki, avqustun 21-28-də Bakının ev sahibliyi edəcəyi C qrupunda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milli komandaları mübarizə aparacaqlar. CEV EuroVolley 2026-nın digər qruplarının oyunları isə Türkiyə (A qrupu), Çexiya (B qrupu) və İsveçdə (D qrupu) keçiriləcək.

Shares: