Cənubi Afrika Respublikası millisinin və “Mamelodi Sandauns” klubunun yarımmüdafiəçisi Ceyden Adamsın 25 yaşında vəfat etdiyini xəbər vermişdik.
Futbolinfo.az xəbər verir ki, DÇ-2026-dan vətəninə qayıtdıqdan sonra futbolçu yaşadığı evdə intihar edib.
Bildirilir ki, Adams uzun müddətdir ağır depressiyadan əziyyət çəkirmiş.
Ceyden Adams cəmi iki həftə əvvəl ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatında Cənubi Afrika millisinin heyətində qrup mərhələsinin hər üç oyununda meydana çıxmışdı. Onun komandası tarixində ilk dəfə mundialın pley-off mərhələsinə yüksəlmiş, 1/16 finalda isə Kanadaya 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırmışdı.
Adams 2025-ci ildən “Mamelodi Sandauns”un formasını geyinirdi. O, bu komandanın heyətində 27 oyunda 4 qol vurmuş, 2025/26 mövsümündə Afrika Çempionlar Liqasının qalibi olmuşdu. Bundan əvvəl isə beş il “Stellenboş” klubunda çıxış etmişdi.
Qeyd edək ki, rəsmi qurumlar hələlik hadisənin təfərrüatları barədə açıqlama verməyiblər. Yerli KİV-in yaydığı məlumatlarda isə onun depressiyadan əziyyət çəkdiyi bildirilir. Onun depressiya səbəbləri barədə isə dəqiq məlumat yoxdur.
