“Barselona” Ferran Torreslə vidalaşmağa hazırdır. Katalonlar hücumçuya PSJ-nin maraq göstərməsindən istifadə edərək onu satmaq istəyir.
Futbolinfo.az xəbər verir ki, parislilərin baş məşqçisi Luis Enrike keçmiş yetirməsinin transferində maraqlıdır. Qonsalo Ramuşun “Milan”a satılmasından sonra hücumçu axtaran Fransa təmsilçisi Ferrana əsas namizəd gözü ilə baxır.
Seçim Torresə məxsusdur. PSJ onun şəxsi müqaviləsini nizamlamağa hazırdır. Amma 26 yaşlı futbolçu digər variantlara nəzər yetirmək, eyni zamanda 4 ildir çıxış etdiyi “Barselona”da qalıb gələn il bitəcək müqaviləsini uzatmaq şansına malikdir.
