PSJ Bredli Barkolanı satmayacaq. Parislilər Fransa yığmasının üzvünü toxunulmaz sayır və onun üçün gələn təkliflər baxmadan geri çevirir.
Futbolinfo.az xəbər verir ki, 3 il öncə Lion “Olimpik”indən 45 milyon avroya alınan vingerinn anlaşması 2028-ci ilin yayında bitir. Liqa 1 çempionu futbolçunun həm maaşını, həm də müqaviləsinin müddətini artırmaq niyyətindədir. Toqo əsilli oyunçu da İngiltərə Premyer Liqasından bir neçə təklif almasına rəğmən, qalmağı düşünür.
Oyunçu ilə klub arasında danışıqlar Barkolanın dünya çempionatında olması səbəbindən ləngiyir. Mundial bitən kimi tərəflər danışıqlar masasına əyləşəcək. Bredli yeni anlaşmaya razılaşmasa, onun satış qiyməti 15 milyon avro müəyyən ediləcək. “Arsenal” və “Liverpul” 23 yaşlı vinger üçün bu məbləği ödəməyə hazırdır.
