DÇ-2026-nın 1/4 final mərhələsində İngiltərə seçməsinə uduzan Norveç millisinin baş məşqçisi Stole Solbakken məyusdur. Bunu skandinaviyalıların baş məşqçisi oyundan sonra baş tutan mətbuat konfransında bildirib.

Təcrübəli mütəxəssis mundialda mübarizəni dayandırdıqları üçün üzgün olduqlarını söyləyib: “Hazırda yalnız böyük məyusluq hiss edirəm. Lakin eyni zamanda bu komanda ilə sonsuz qürur duyuram. Futbolçularımız son altı həftə yarım ərzində möhtəşəm iş gördülər. Onlar bütün Norveçə sevinc bəxş etdilər və hər kəsin rəğbətini qazandılar. İngiltərəni qələbə münasibətilə təbrik edirəm və turnirin davamında onlara uğurlar arzulayıram”.

Qeyd edək ki, Norveç İngiltərə millisinə 1:2 hesabı ilə uduzaraq 4 ən yaxşı komanda sırasına qoşula bilməyib.

Shares: