İngiltərə yığmasının baş məşqçisi Tomas Tuhel bəxtlərinin də gətirdiyini etiraf edib. O, Norveçə qarşı DÇ-2026-nın 1/4 final mərhələsində qələbədə bu amilin də rol oynadığını bildirib.
Alman mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bu barədə danışıb: “Bu gün işi özümüz üçün həddindən artıq çətinləşdirdik. Nəticə əladır – yarımfinala yüksəldik, amma oyunumuz məni qane etmədi. Bu gün bir qədər də şanslı idik. Daha yaxşı çıxış etməliyik. Mütləq inkişafa nail olmalı və oyunumuzu daha da yaxşılaşdırmalıyıq”.
Qeyd edək ki, İngiltərə Norveç millisinə əlavə vaxtda qalib gələrək yarımfinala yüksəlib.
