Argentina millisi dünya çempionatları tarixində unikal nailiyyətə imza atıb.
Futbolinfo.az xəbər verir ki, Lionel Skaloninin komandası mundiallar tarixində ardıcıl 12 oyunda 2 və ya daha çox qol vuran ilk yığma olub.
Argentina bu rekordu 2026-cı il dünya çempionatının 1/4 finalında İsveçrəni əlavə vaxtda 3:1 hesabı ilə məğlub etməklə rəsmiləşdirib.
Qeyd edək ki, Argentina iyulun 15-də keçiriləcək yarımfinalda İngiltərə millisi ilə qarşılaşacaq.
