Məşhur holland baş məşqçi Qus Hiddink 67 yaşında karyerasında bir ilk yaşaya bilər. Futbolinfo.az xəbər verir ki, hazırda boşda olan çalışdırıcı ilə İtaliyanın “Latsio” klubu yaxından maraqlanır.
Kareyrası boyu heç vaxt İtaliyada işləməyən Hiddinkin bu təklifi necə qarşılayacağı böyük maraq doğurur. Axı onun adı son vaxtlar ölkəsinin yığma komandası ilə hallanır. Belə ki, DÇ-2014-dən sonra mütəxəssisin millinin başına keçəcəyi iddia olunur.





